Alimlər süni ətdən ilk burger bişirəcəklər
05 Avqust 2013 Bazar Ertəsi 04:38
Bu üsul ərzaq məhsullarının qlobal miqyasda çatışmazlığı kimi problemin həllinə yol aça bilər
Tədqiqatçılar süni yolla əldə edilmiş ətdən ilk burger bişirməyə hazırlaşırlar.

Avqustun 5-də Londonda alimılər gövdə hüceyrələrinin inkişaf etdirilməsi yoluyla əmələ gəlmiş ətdən hamburger hazırlamağı vəd edirlər.

Burger üçün süni ətin hazırlanması texnologiyasını Hollandiyanın Maastrixt universitetinin əməkdaşı Mark Postun uzun illər ərzində keçirdiyi təcrübələrdə seçilib müəyyən edilmiş üslubla işləyib hazırlamaq mümkün olub.

Məlumatlara görə, burgerin hazrlanması üçün əldə edilmiş süni ət nümunəsi inəyə məxsus gövdə hüceyrələrindən inkişaf etdirilmiş 20 min zülal liflərindən “toxunub”.

Tədqiqatçıların qənaətincə bu üsul dünyada hazırda müşahidə edilən ərzaq məhsullarının qlobal miqyasda çatışmazlığı kimi problemin həllinə yol aça bilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar