Akvariumla əhatələnmiş villa
20 İyul 2013 Şənbə 12:24
Təkcə işin icrası üçün dalğıclara 21 min dollar ödənilib.
Türkiyəli biznesmen Mehmet Əli Gükseoğlu Çeşmədəki villasının ətrafına akvarium- hasar çəkdirib.ANSPRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə,akvariumda müxtəlif növdə(1000-ə yaxın) dəniz canlıları üzür.
İndi Mehmetin evinin 50metr hündürlüyündə qeyri-adi hasarına baxmaq üçün hər gün minə yaxın ziyarətçi gəlir.Qeyd edək ki, biznesmen akvariumu bəzəyən bu canlıları Egey dənizindən gətizdirib.Heyvanların özlərini dənizdəki kimi hiss edə bilmələri üçün isə akvariuma elə heyvanların gətirildiyi Egey dənizdən su boruları çəkilib ki,bu da akvariumun daima dəniz suyu ilə dolmasını təmin edir.Akvariumu xuliqanlardan qorumaq üçün isə xəbərdarlıq siqnalları quraşdırılıb.










DOSTLARINLA PAYLAŞ:

oyunlar