Ağcaqanadların qanımızı nece içmesinin canlı şahidi olun.
Parisdəki “Pasteur” İnstitutunun mütəxəssisləri keyləşdirilmiş bir siçanın işıq mikroskopu altında, damarlarında axan qanının ağcaqanad tərəfindən necə sorulması prosesini kamera vasitəsilə xüsusi üsulla qeydə alıb. ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, mütəxəssislər laboratoriya şəraitində bir ağcaqanadın öz iynəsini siçanı dərisinin altına necə yeritməsini, heyvanın qan damarını necə aşkarladığını ilk dəfə dəqiqliklə qeydə almağa müvəffəq olub.
Mütəxəssilərin apardıqları araşdırmalar zamanı məlum olub ki, bir ağcaqanadın qan damarından qanı içməsi prosesi cəmi 4 dəqiqə davam edir. Mütəxəssislər müəyyən ediblər ki, bu zaman sanki qırmızı qan hüceyrələri ağcaqanadın ağzına hücuma keçirlər.