Ac qalan it sahibinin pulunu yedi
07 Oktyabr 2013 Bazar Ertəsi 12:40
Klinkel pulunu geri ala bilmək üçün itin nəcisini araşdıraraq topladığı hissələri bir-birinə yapışdırıb.
Amerikanın Kolorado əyalətində qeyri-adi hadisə baş verib. Məlumata görə, Ueyn Klinkel adlı şəxs itini avtomobildə qoyaraq nahar etmək üçün restorana gedib. Maşında ac qalan it isə sahibinə aid hər biri 100 dollarlıq əsginsdan ibarət 500 dollar pulu yeyib.
Klinkel pulunu geri ala bilmək üçün itin nəcisini araşdıraraq topladığı hissələri bir-birinə yapışdırıb və bunu Dövlət Xəzinədarlığı agentliyinə gödərib. Agentlik Klinkelə 500 dollar dəyərində bank çeki verib.
İşin qəribəsi isə 100 dollarlıq 5 ədəd əsginası yeyən itin eyni yerdə olan 1 dollarlıq əsginasa toxunmaması olub.
DOSTLARINLA PAYLAŞ: