83 yaşlı milyarder evlənmək eşqinə düşdü
21 Sentyabr 2013 Şənbə 05:39
Dünyada maliyyə böhranının səbəbkarı olan Corc Soros sərvətinə sərvət qatmaq qərarına gəlib.
Ötən ay 83 yaşını qeyd edən amerikalı milyarder Corc Soros üçüncü dəfə evlənir.

ANS PRESS "Vesti.ru"-ya istinadən xəbər verir ki, Sorosun yeni sevgilisi 42 yaşlı Tamiko Boltondur. Forbes jurnalı, qadının sərvətinin 20 milyard dollardan artıq olduğunu bildirib. Qadın əvvəllər internet vasitəsi ilə qida ticarəti ilə məşğul olub, sonradan onlayn vasitəsi ilə yoqayla məşğuliyyət təklif edən şirkətin əsasını qoyub.

Amerika mətbuatının yazdığına görə, onlar 2008-ci ildə tanış olublar. Nişan mərasimləri isə 2012-ci ilin avqustunda keçirilib. Gələn həftənin cümə günü axşam başlayacaq qız toy mərasimi Manhettendə müasir incəsənət muzeyində baş tutacaq. 3 gün keçiriləcək mərasimə bir çox məşhur siyasətlər və biznesmenlər dəvət edilib. Təntənəli şam yeməyindən sonra qonaqlar Belçika rəssam-sürrealisti Rene Maqrittanın yaradıcılığına həsr edilmiş yeni sərginin açılışına dəvət ediləcəklər.

Sorosun özünün toy mərasimi isə şənbə günü Nyu-York şəhəri yaxınlığında yerləşən Bedford şəhərciyindəki malikanəsində olacaq. Bu mərasimə yalnız Sorosun Bolton qohumları və övladları dəvət ediliblər. Toy günü axşam Katona adlanan qonşu şəhərcikdə 500 nəfər üçün hesablanmış təntənəli qəbul keçiriləcək.

Son məlumata görə, oğlan toyuna Ümumdünya bankının prezidenti Cim Yen Kim, xarici dövlətlərin bir neçə lideri, həmçinin Estoniya prezidenti Toomas Hendrik İlves, Liberiya prezidenti Djonson-Serlif və Albaniyanın baş naziri Edi Rama, bir çox məşhur maliyyəçilər və siyasətçilər toya dəvət olunublar. Budapeşt festival orkestri məşhur macar dirijoru İvan Fişerin nrəhbərliyi altında qonaqları əyləndirməklə məşğul olacaq.

Qeyd edək ki, yeni cütlüyün sərvəti bəzi ölkələrin dövlət büdcəsindən bir neçə dəfə artıqdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar