4 yaşlı uşaq şəhər meri oldu
14 May 2013 Çərşənbə Axşamı 06:25
ABŞ-ın Minnesota ştatının Dorset şəhərciyinin icra başçısı 4 yaşlı Robert Tafts adlı bir uşaq seçilib.
ABŞ-ın Minnesota ştatının Dorset şəhərciyinin icra başçısı 4 yaşlı Robert Tafts adlı bir uşaq seçilib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, onun adı şəhər meri olmaq üçün namizədlərin adları yazılmış bir vərəqdə papağın içindən çıxıb.

Gənc şəhər meri jurnalistlərə öz maraq dairəsindən də danışıb. Bildirib ki, o gəzməyi, yerli sakinlərlə söhbətlər etməyi və valideynləri ilə balıq tutmağa getməyi çox xoşlayır. 4 yaşlı R. Tafts hətta onun Sofiya adlı sevgilisinin olduğunu da bildirib.

Qeyd edək ki, Dorset şəhərinin meri postu formal xarakter daşıyır. Çünki şəhərciyin bələdiyyəsi belə yoxdur və şəhər ştat hakimiyyəti tərəfindən udarə edilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar