3,4 milyon dollara eksklüziv superkar
29 Yanvar 2013 Çərşənbə Axşamı 10:19
Ərəb milyonçuları öz maşınlarında gəzəcəklər.
Ərəblər ilk super maşınlarını hazırlayıblar. ANS PRESS-in dünya mətbuatınba istinadla verdiyi məlumata görə, bundan sonra ərəb milyonçuları özlərinin dəbdəbəli, bahalı maşınında gəzə biləcəklər.

Livan şirkəti "W Motors" eksklüziv modelini təqdim etəyə hazırlaşır. Super maşın olan "LykanHypersport"un qiyməti isə 3,4 milyon dollardır. Yeniliklə bu gün Qətərın paytaxtı Doxada açılacaq yeni avtosalonda tanış olmaq olar. Hələlik 7 belə avtomobilin istehsalı planlaşdırılır.

Maşının mühərriki 750 at gücündədir. O, saatda 100 km sürəti 2,8 saniyəyə yığır. Maksimum sürəti isə 390 km/saatdır.
Avtomobilin salonu qızıl sapla işlənmiş, briliyyantlarla bəzədilmiş dəridəndir.

Qeyd edək ki, maşının hazırlanmasına 6 il vaxt sərf edilib.Superkarın dizaynını Beyrutdan olan dizayner Ralf Debbas hazırlayıb. O, "W Motors"un icracı direktoru və əsas sərmayəşisidir. O, "Land Rover" və "Aston Martin" kimi avtoistehsalçılar üçündə dizaynlar işləyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar