15 min adam iftar süfresinde
05 Avqust 2013 Bazar Ertəsi 11:02
İstanbulda növbeti kütlevi iftar süfresi teşkil edilib.
Ötən gün Türkiyədə növbəti kütləvi iftar süfrəsi açılıb. İstanbulun Başakşehir rayon icra hakimiyyətinin təşkil etdiyi iftar süfrəsinə, nə az-nə çox, düz 15 min adam toplaşıb. Eyni süfrədə kütləvi şəkildə oruc açmağın həyəcanını yaşayan İstanbul sakinləri bir neçə saat əvvəldən masaları doldurub. İftar yeməyində hakim "Ədalət və İnkişaf Partiyası"nın deputatları da iştirak edib.
Başakşehir rayon icra hakimiyyəti nümayəndəsinin sözlərinə görə, keçən il eyni yerdə təşkil edilən iftar süfrəsində 8 min nəfər əyləşmişdi, bu il isə bu rəqəm təxminən 2 dəfə artıq olub.
DOSTLARINLA PAYLAŞ: