10 yaşı, 1,5 milyon sterlinq serveti var
19 İyul 2013 Cümə 06:19
Gələcəyin ən önəmli rəssamlarından biri olaraq göstərilən Kieron qazandığı pul ilə valideynlərinə ev alıb.
İngiltərədə, “Balaca Monet” ləqəbli ibtidaisinif şagirdi, çəkdiyi rəsm əsərləri ilə 1,5 milyon siterlinq qazanıb. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Norfolk şəhərində yaşayan 10 yaşlı Kieron Uilliamson adlı uşaq, mənzərə rəsmləri ilə indidən dünya şöhrətli rəssam olma yolunda irəliləyir.

Onun əsərləri hərraca çıxarılanda 20-30 dəqiqə ərzində satılır. Onun əsərlərini daha çox ABŞ, Kanada və Yaponiyadan müştəri çıxır. Dünyanın dörd bir tərəfində pərəstişkarları olan kiçik rəssam gələn ildən etibarən professional təlimçilərdən dərs alacaq.

Qeyd edək ki, mütəxəssislər tərəfindən gələcəyin ən önəmli rəssamlarından biri olaraq göstərilən Kieron qazandığı pul ilə valideynlərinə ev alıb. Kieronun anası Mişel və atası Keyt onunla fəxr etdiklərini bildiriblər.



DOSTLARINLA PAYLAŞ:

oyunlar