İnsanın Ən Güclü Silahı
Leyla Salmansoy
26 Noyabr 2009 Cümə Axşamı 16:22

Bütün oxucularımı ürəkdən salamlayıram.

Artıq sabah bizim müsəlman aləminin ən gözəl bayramı Qurban bayramıdır.

Bu münasibətlə azeri.net kollektivini, istifadəçilərini, bütün xalqımı və ailəmi təbrik edirəm!

Allah qurbanlarınızı qəbul etsin!

Həcc ziyarətində olanlara isə Allah ziyarətinizi qəbul etsin! –deyib.
bugünki başlığımıza keçid alıram.

Mənim fikrimcə insanın ən güclü silahı - Allaha ürəkdən, içdən gələrək, gecə-gündüz etdiyi dualardır.

O dualar ki, bəzi insanları əlçatmaz arzularına çatdırır, həkimlərin sağalmaz xəstəlik dediyi xəstəlikləri sağaldır, insanı uçurumlardan qoruyur, Ana ilə övladı qovuşdurur, sevən urəkləri toylarında birləşdirir, övlad həsrətini çəkənlərə  müjdələr verir.

Bəli bütün sadaladıqlarıma, biz insanlar Allaha ürəkdən, gizlincə etdiyimiz dualarla nail oluruq. Sözsüz ki, çəkdiyimiz əziyyətlər də  az olmur.

Amma yəqin ki, mənlə razılaşarsınız - Allah bir duaya ol! əmrini verməsə,  o duada qəbul olmaz.

Niyə qəbul olmadı? dediyimiz dualarda olur, amma sonunda biz bundada hansısa xeyirin gizləndiyinin şahidi oluruq.

Odur ki, hər gün, hər saat, hər an - Tək Allaha gizlinə çəkilib, ürəkdən gələn öz sözlərinizlə dualar edin.

Allah dualarınızı qəbul etsin! Amin!

Bayramınız mübarək!
 
Leyla SALMANSOY