Yaşlı alimlərin pensiyası artırılacaq
03 Dekabr 2009 Cümə Axşamı 18:15
Elm haqqında yeni qanun layihəsi hazırlanır
Milli Elmlər Akademiyası elm haqqında yeni qanun layihəsini hazırlayır. Bu barədə məlumatı AMEA-nın prezidenti Mahmud Kərimov verib. O, bildirib ki, qanun layihəsi yaxın vaxtlarda Milli Məclisdə müzakirəyə çıxarılacaq.

"Layihədə alimlərin sosial təminatı və pensiya məsələləri öz əksini tapıb. Biz öz təklifimizdə yaşlı alimlərə əmək haqqının 80 faizi qədər pensiya təyin olunmasını təklif etmişik", - deyə o vurğulayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar