2014-ü ildən Azərbaycanda qəbul imtahanları yeni model əsasında keçiriləcək.APA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.
TQDK sədri yeni modelin təfərrüatlarının hələlik açıqlamayıb, müzakirələrin hələ bir neçə ay davam edəcəyini deyib. O qeyd edib ki, imtahanın məzmununa aid dəyişikliklər, açıq testlərlə işləmə bacarığının qiymətləndirilməsi X-XI siniflərdən deyil, V-VI siniflərdən başlanmalıdır: “Son illərdə yeni kurrikulumlar istifadə olunur, dərs vəsaitləri dəyişir. TQDK-nın yeni vəsaitləri də bu prosesə uyğunlaşdırılmalıdır”.
Qəbul imtahanları 2014-cü ildən yeni model əsasında keçiriləcək
Bu barədə TQDK sədri məlumat verib




Şərhlər