Müəllimlərin işə qəbulu başlayıb
20 Avqust 2010 Cümə 11:45
Misir Mərdanov: “Həm sənədlərin qəbulu, həm də test imtahanları elektron vasitələrlə həyata keçiriləcək”.
Bakı. Pərvin Abbasov-APA. Bu gün Azərbaycanda müəllimlərin işə qəbuluna start verilib. Bununla bağlı “Azərbaycan müəllimi” qəzetində müvafiq elan dərc olunub. APA-nın məlumatına görə, təhsil naziri Misir Mərdanov bildirib ki, həm Bakı şəhəri, həm də ölkənin bölgələrindəki təhsil müəssisələrinə bu il işə qəbul zamanı insan amili olmayacaq: “Həm sənədlərin qəbulu, həm də test imtahanlarının keçirilməsi elektron vasitələrlə həyata keçiriləcək. Bu, bizim fəaliyyətimizdə ən uğurlu addımlardan biridir”. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar