Xüsusi təyinatlı təhsil müəssisələrinə keçirilən müsabiqənin nəticələri açıqlanıb
21 İyul 2010 Çərşənbə 02:30
Qəbul olunmuş tələbələrin siyahısı müvafiq nazirliklərə göndərilib.
2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikasının xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd vermiş abituriyentlər arasında müvafiq ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə keçirilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin “Fövqəladə hallar və həyat təhlükəsizliyi” ixtisasına keçid balı 331, “Yanğın təhlükəsizliyi” ixtisasına isə keçid balı 274 olub.

Azərbaycan Tibb Universitetinin “Hərbi həkim işi” ixtisasına keçid balı 363, C.Naxçıvanski adına Hərbi Liseyə (Bakı şəhəri) 210, Heydər Əliyev adına Hərbi Liseyə (Naxçıvan şəhəri) isə 150 bal olub.

Qəbul olunmuş tələbələrin siyahısı müvafiq nazirliklərə göndərilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar