Xaricde tehsil üçün ixtisaslar açıqlanıb
20 May 2013 Bazar Ertəsi 10:47
Tehsil Nazirliyi xaricde tehsil üçün ixtisasları açıqlayıb. Siz 34 ölkenin 476 universitetinden ixtisas seçe bilersiniz.
Tehsil Nazirliyi 2007-2015-ci illeri ehate eden Dövlet Proqramına esasen qebul aparacağı xarici ölke universitetlerinin siyahısını açıqlayıb.

ANS PRESS-in “2007-2015-ci illerde Azerbaycan genclerinin xarici ölkelerde tehsili üzre Dövlet Proqramı”na esasen verdiyi melumata göre, Azerbaycan Respublikasının Prezidenti yanında Tehsil üzre Komissiyanın 48 saylı, 15.05.2013-cü il tarixli Serencamı ile 2013/2014-cü tedris ilinde Dövlet Proqramı çerçivesinde tehsil almaq üçün aşağıdakı prioritet ixtisas istiqametleri müeyyen edilib:

baytarlıq;

biologiya;

fizika;

iqtisadiyyat;

informasiya texnologiyaları;

kend teserrüfatı;

kimya;

klassik Avropa musiqisi;

qedim diller;

mühendislik;

nanotexnologiyalar;

neft senayesi;

riyaziyyat;

tehsilin teşkili ve idareolunması;

tibb;

turizm

Tehsil Nazirliyi bildirir ki, Belarus, Estoniya, Latviya ve Litva respublikalarında fealiyyet gösteren ali tehsil müessiselerine yalnız 2013/2014-cü tedris ilinden etibaren müvafiq qaydada daxil olmuş telebelerin tehsilinin maliyyeleşdirilmesi temin edile biler.

Qeyd edek ki, qebul aparılacaq xarici universitetlerin ölkeler üzre siyahısında 34 ölkenin 476 universiteti qeyd olunub.
Bu linke daxil olaraq size münasib olan xarici ali mektebleri seçe bilersiniz: http://xaricdetehsil.edu.gov.az/c-universitetler/