TQDK tələbə qəbulu qaydalarını təsdiqləyib
12 Fevral 2010 Cümə 13:15
Qaydalar “Abituriyent” jurnalının 1-ci sayında dərc ediləcək
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2010-2011-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydalarını təsdiq edib. Bu barədə məlumat TQDK-nın mətbuat xidmətindən verilib.

Qaydalar prezidentin “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” 10 fevral 2010-cu il tarixli Fərmanına uyğun olaraq təsdiqlənib.

Qaydalar “Abituriyent” jurnalının 1-ci sayında dərc ediləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar