TQDK nəzarətçi müəllimləri mükafatlandırıb
13 Noyabr 2009 Cümə 13:35
Qəbul imtahanına nəzarət edən 31 müəllim fəxri fərman alıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu il qəbul imtahanlarında nəzarətçi kimi iştirak etmiş və fəaliyyəti yüksək qiymətləndirilmiş müəllimləri mükafatlandırıb. Bu münasibət ilə bu gün TQDK-da nəzarətçi-müəllimlərin təltifetmə mərasimi keçirilib. Nümunəvi fəaliyyətinə görə 579 nəzarətçiyə təşəkkür elan edilib. O cümlədən 31 müəllim fəxri fərmanlarla təltif edilib. Həmin müəllimlərin pedaqoji fəaliyyətlərinin qiymətləndirilməsində bu amilin keyfiyyət göstəricisi kimi nəzərə alınması xahişi ilə Təhsil Nazirliyinə, müvafiq təhsil şöbələrinə və orta məktəblərə məktublar ünvanlanıb.

Qeyd edək ki, TQDK-nın nəzarətçilər bazasına 6837 fənn müəllimi daxildir. 2009-cu ildə keçirilmiş qəbul imtahanlarında 3552 nəzaərtçi-müəllim iştirak edib. Onlardan 153 nəfəri imtahanda laqeydlik, səhlənkarlıq göstərdiklərinə və təlimata əməl etmədiklərinə görə nəzarətçilər bazasından çıxarılmış, 62 müəllimə şifahi xəbərdarlıq olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar