TQDK elmi-metodiki seminar keçirəcək
09 Oktyabr 2014 Cümə Axşamı 11:07
Dövlət Komissiyası nəzdində fəaliyyət göstərən fənlər üzrə elmi-metodiki seminarlar keçiriləcək
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nəzdində fəaliyyət göstərən fənlər üzrə elmi-metodiki seminarlar 15 oktyabr 2014-cü il tarixindən öz işinə başlayır.

ANS PRESS-in TQDK-ya istinadla verdiyi məlumata görə, Dövlət Komissiyasının Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Quba, Göyçay, Ağcabədi və Şirvan regional bölmələrində həmin bölgələri təmsil edən müvafiq fənn müəllimlərinin iştirak etməsi nəzərdə tutulan elmi-metodiki seminarlar da eyni vaxtda öz işinə başlayır və eyni qrafiklə fəaliyyət göstərir.

Seminarlarda iştirak etmək arzusunda olanlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına, bölgələrdə isə Komissiyanın regional bölmələrinə müraciət edib qeydiyyatdan keçməlidirlər.

Ətraflı məlumat üçün http://www.tqdk.gov.az/news/general/777/ keçidinə daxil olun.


DOSTLARINLA PAYLAŞ:

oyunlar