TQDK-dan narazı abituriyentlərə müraciət
14 İyul 2013 Bazar 23:34
İmtahanlarla bağlı narazılıqları, şikayətləri olan abituriyenlərin müraciətlərinə sabah baxılacaq.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarından narazı qalan abituriyentlərə müraciət edib. Modern.az-ın məlumatına görə, komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə imtahanlarla bağlı narazılıqları, şikayətləri olan abituriyenlərin müraciətlərinə sabah TQDK-da baxılacağını bildirib.

TQDK rəsmisi qeyd edib ki, bununla bağlı komissiyada qəbul keçiriləcək.

E.Nağızadə həmçinin bildirib ki, abituriyentlər bugünkü imtahanla bağlı suallarını, şikayətlərini TQDK-nın facebook səhifəsinə də göndərə bilərlər.

Mətbuat katibinin sözlərinə görə, cavab kartlarının emalına sabahdan başlanacaq.

TQDK-dan həmçinin bildirilib ki, bu gün keçirilən qəbul imtahanında mobil telefon istifadə etməyə çalışan bir neçə abituriyent imtahandan kənarlaşdırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar