TQDK 6 abituriyentin nəticələrini ləğv edib
21 İyun 2010 Bazar Ertəsi 10:25
Həmin abituriyentlərin köçürməyə yol verdikləri aşkar edilib.
İyunun 20-də “Azərbaycan dili” fənnindən keçirilmiş test imtahanının nəticələri açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatına görə, Bakı və Naxçıvan şəhərlərində rus bölməsi abituriyentləri üçün keçirilən imtahanda iştirak etmək hüququ olan 2819 abituriyentdən 670 nəfəri imtahana gəlməyib. Abituriyentlərdən 1225 nəfəri müsabiqə şərtini ödəyib.

Abituriyentlərdən 5 nəfəri imtahan binasına mobil telefon keçirməyə cəhd göstərdiklərinə görə barələrində akt tərtib olunub və onlar imtahana buraxılmayıblar.

Cavab kartlarının emalı zamanı xüsusi kompüter proqramları vasitəsilə aparılan araşdırmalar nəticəsində imtahanda 6 nəfərin köçürməyə yol verdikləri aşkar edilib. Qəbul qaydalarına uyğun olaraq həmin abituriyentlərin nəticələri ləğv olunub.

Nəticələr TQDK-nın internet saytında yerləşdirilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar