Telebeler üçün prezident teqaüdü artırıldı
14 Sentyabr 2013 Şənbə 18:49
2013-cü il sentyabrın 1-den telebeler üçün prezident teqaüdü 165 manat mebleğinde müeyyen edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün prezident təqaüdünün artırılması haqqında fərman imzalayıb.

ANS PRESS-in AzərTAc-a istinadən verdiyi xəbərə görə, fərmanda deyilir deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsil sahəsində ən yüksək nəticələr əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının ali məktəblərinə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş tələbələr üçün Prezident təqaüdünün məbləği artırılaraq, 2013-cü il sentyabrın 1-dən 165 (yüz altmış beş) manat müəyyən edilsin.

2. “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanının 1-ci hissəsində “150 (yüz əlli)” sözləri “165 (yüz altmış beş)” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.


DOSTLARINLA PAYLAŞ:

oyunlar