Tələbə qəbulu qaydalarında dəyişiklik edilib
12 Oktyabr 2009 Bazar Ertəsi 12:45
TQDK ali məktəblərə tələbə qəbulu qaydalarına dəyişiklik edib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali məktəblərə tələbə qəbulu qaydalarına dəyişiklik edib.
Bu dəyişikliklərdən biri abituriyentlərin qəbul imtahanlarında xarici dil seçimi ilə bağlıdır. TQDK-dan verilən məlumata görə, 2010-2011-ci tədris ili üçün ali məktəblərə keçirilən qəbul imtahanlarında xarici dil fənni kimi I və II ixtisas qruplarında ingilis, alman, fransız , rus, III ixtisas qrupunda isə ingilis, alman, fransız, rus, ərəb və fars dilləri nəzərdə tutulub. Bundan başqa, I, II və III ixtisas qruplarında bütün xarici dil fənləri üzrə nisbi bal məhdudiyyəti tətbiq ediləcək.

Xatırladaq ki, indiyədək II və III ixtisas qruplarında imtahan verən abituriyentlərə xarici dil kimi rus dilini seçmək hüququ verilmirdi. ANSPRESS
 


DOSTLARINLA PAYLAŞ:

oyunlar