“Təhsil, zaman və biz” adlı təhsil sərgisi açıldı
19 May 2010 Çərşənbə 18:25
“Təhsil, zaman və biz” adlı təhsil sərgisi açıldı. Təhsil sərgiləri intensiv olaraq keçiriləcək.
Bu gün Bakıda Əl Oyunları İdman Sarayında ilk dəfə “Təhsil, zaman və biz” adlı baxış sərgisi açıldı. ANS PRESS-in məlumatına görə, sərgi Təhsil Nazirliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Təhsil işçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunub.

Sərgidə paytaxt üzrə bütün təhsil müəssisələrinin iştirak etdiyi sərgidə fiziki qüsuru olan uşaq və yeniyetmələrin də nailiyyətləri, əl işləri, rəsm əsərləri və s. nümayiş olunub. Sərgi elm, mədəniyyət, incəsənət və idman sahələri üzrə düzənlənib.

Sərgi iki gün müddətində maraqlananların ixtiyarında olacaq. Gələcəkdə təkcə paytaxtda deyil, bütün regionlarda belə sərgilərin keçirilməsi nəzərdə tutulub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar