"Son zəng"in keçirilməsinə məhdudiyyət qoyuldu
19 May 2010 Çərşənbə 17:30
Misir Mərdanov: ""Son zəng" yalnız məktəb daxilində ictimai tədbir kimi keçirilə bilər".
Bu il də orta məktəblərdə "son zəng"in təmtəraqlı keçirilməsinə yol verilməyəcək. ANS PRESS-in məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov məlumat verib. Nazir qeyd edib ki, "son zəng" yalnız məktəb daxilində ictimai tədbir kimi keçirilə bilər.

""Son zəng"in keçirilməsilə bağlı elə bir dəyişiklik yoxdur. Qərarımız eynidir. "Son zəng"lə bağlı məktəbdən kənar heç bir tədbir keçirilməməlidir. Sadəcə "son zəng" məktəb daxilində ictimai tədbir formasında keçirilə bilər. Bu zaman keçirilən tədbirlə və digər məsələlərlə bağlı heç bir pul yığılmamalıdır”, deyə nazir bildirib.

Məktəblərdə pul yığıılmasının qəti qadağan olduğunu bildirən Misir Mərdanov Azərbaycan dövlətinin məktəblərdə mövcud problemləri aradan qaldırmağa qadir olduğunu vurğulayıb. Sonda nazir pul yığılması ilə bağlı fakt təsdiq olunarsa, həmin məktəb direktorunun qeyri-şərtsiz işdən azad olunacağını vurğulayıb. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar