Şagirdlərin buraxılış imtahanlarına hazırlıq başa çatıb
09 Yanvar 2010 Şənbə 18:55
Bütün regionlarda maarifləndirmə işləri aparılıb
Azərbaycanın Təhsil Nazirliyi orta məktəblərdə mərkəzləşdirilmiş imtahanların keçirilməsinə hazırlığı başa çatdırıb.

2010-cu ildə Azərbaycanda orta məktəblərin həm 9-cu, həm də 11-ci sinfini bitirən şagirdlər mərkəzləşdirilmiş qaydada test üsulu ilə imtahan verəcəklər.

Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi Ənvər İmanovun sözlərinə görə, nazirliyin əməkdaşları paytaxt və bütün regionlarındakı məktəblərdə maarifləndirmə işləri aparıb. "İmtahan suallarının bankları artıq bütün məktəblərə göndərilib", - deyə o bildirib.

"Mərkəzləşdirilmiş imtahanlar iki mərhələdə keçiriləcək. Birinci, sınaq mərhələsi 2010-cu ilin fevral-aprel aylarında keçiriləcək", - deyə nazirlik nümayəndəsi qeyd edib.

Ötən il 11-ci siniflər üçün mərkəzləşdirilmiş test imtahanları Bakı, Sumqayıt, Gəncə, Şirvan, Mingəçevir şəhərlərinin və Azərbaycanın Ucar, İmişli və İsmayıllı rayonlarının orta məktəblərində keçirilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar