Rusiyada ali təhsil almaq
15 May 2009 Cümə 09:15
Rusiyada ali təhsil almaq. İmtahan Bakıda 225 saylı orta məktəbin binasında keçiriləcək

Bu gün Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda, eləcə də həmin ölkənin digər ali məktəblərində Azərbaycan Respublikası vətəndaşlarının təhsil alması üçün ayrılmış plan yerlərinə  qəbul imtahanı keçiriləcək.  ANS PRESS-in məlumatına görə,  Rusiyada təhsil almaq üçün 98 abituriyent sənəd verib. İmtahan paytaxtda 225 saylı orta məktəbin binasında keçiriləcək.
Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən abituriyentlərə qeydiyyatdan keçmək üçün mayın ayının 4-dən 12-dək  vaxt verilmişdi.
Test imtahanı nəticəsində müsabiqə şərtini ödəyən abituriyentlər müsahibəyə buraxılacaqlar. Müsahibə isə mayın 16-da olacaq. Müsahibədə Azərbaycan bölməsi abituriyentlərinin rus dilini, rus bölməsi abituriyentlərinin isə Azərbaycan dilini bilmə səviyyəsi (müvafiq dillərdə inşa yazmaqla), eləcə də ümumi dünyagörüşü yoxlanacaq. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar