Rusiya universitetlərində təhsil
15 May 2009 Cümə 18:05
İmtahanın nəticələri bu gün 19.00-dan etibarən TQDK-nın internet saytında yerləşdiriləcək

Bu gün Rusiyanın 50 universitetində təhsil almaq istəyən 98 abituriyent 103 plan yeri uğrunda imtahanın birinci mərhələsində mübarizə aparıb. İmtahanlar 3 saat davam edib. Qeyd edək ki,  əvvəlki illərdən fərqli olaraq, bu il Rusiya Xarici İşlər Nazirliyinin nəzdində Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna 3 plan yeri də ayrılıb.  
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadənin verdiyi məlumata görə, həmin ixtisaslara qəbul olunan abuturiyentlər dövlət hesabına təhsil almaq imkanı əldə edəcəklər. İmtahan nəticələri bu gün 19.00-dan etibarən TQDK-nın internet saytında yerləşdiriləcək. Xatırladaq ki, Rusiyaya  imtahan vermək üçün sənəd qəbulu bu ilin may ayının 4-dən 12-nə kimi aparılıb.
Elnur Nağızadənin verdiyi məlumata görə, müsabiqənin şərtlərinə uyğun olaraq, 1-ci qrupda 400, digər qruplarda 500-dən yuxarı bal toplayan abutiriyentlər müsabiqənin yeni mərhələsinə- müsahibə mərhələsinə buraxılacaq: «May ayının 16-da TQDK-nın binasında keçiriləcək mərhələdə Azərbaycan dili bölməsinin rus dilindən, rus bölməsinin isə Azərbaycan dilindən səviyyəsi yoxlanılacaq». /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar