Rusiya ali məktəblərinə sənəd qəbulu başlayır
01 May 2009 Cümə 18:10
Qeydiyyat mayın 4-dən 12-dək hər gün saat 9:00-dan 17:00-dək aparılacaq

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2009-2010-cu tədris ili üçün Rusiya Federasiyasının ali məktəblərinə, o cümlədən Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna Azərbaycan vətəndaşları üçün müsabiqə elan edib. Bu barədə məlumat ANS PRESS-ə TQDK-nın mətbuat xidmətindən verilib. İmtahanda iştirak etmək istəyən abituriyentlər Azərbaycan Respublikası ali məktəblərinin qəbul imtahanında iştirak etmək üçün doldurduqları “Elektron ərizə”ni təsdiq etdirdikdən sonra TQDK-da təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər. Qeydiyyat mayın 4-dən 12-dək hər gün (bazar günü istisna olmaqla) saat 9:00-dan 17:00-dək aparılacaq. Qəbul imtahanının mayın 17-də keçirilməsi nəzərdə tutulur.
Qəbul elanı, müsabiqə şərtləri, qəbul aparılan ali məktəblərin və ixtisasların siyahısı, plan yerləri və digər məlumatlar yaxın günlərdə TQDK-nın internet saytında yerləşdiriləcək.

Kəmalə Məmmədova /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar