Rus bölməsinin abituriyentləri“Azərbaycan dili” fənni üzrə imtahan verəcəklər
17 İyun 2011 Cümə 14:38
İyunun 26-da “Azərbaycan dili” imtahanında 2538 abituriyentin iştirakı nəzərdə tutulur.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2011-ci il iyunun 26-də rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə Bakı və Naxçıvan şəhərlərində imtahan keçirəcək. TQDK-dan ANS PRESS-ə verilən məlumata görə, cari ildə “Azərbaycan dili” fənni üzrə birinci imtahan 2011-ci il mayın 22-də keçirilmişdi. Həmin imtahanda 10087 abituriyent iştirak etmiş, onlardan 8696 nəfəri imtahanı müvəffəqiyyətlə verərək “məqbul” qiyməti almışdı. Qəbul qaydalarına əsasən həmin imtahanda “qeyri-məqbul” qiyməti alan abituriyentlərə iyunun 26-da keçiriləcək “Azərbaycan dili” imtahanında təkrarən iştirak etmək imkanı verilir.

İyunun 26-da “Azərbaycan dili” imtahanında 2538 abituriyentin iştirakı nəzərdə tutulur: Onlardan 1572 nəfəri mayın 22-də keçirilmiş imtahandan qeyri-məqbul qiyməti alanlar, 966 nəfəri isə ərizəsini həmin imtahanda iştirak üçün nəzərdə tutulmuş vaxtdan sonra təsdiqlədənlərdir.
İmtahan saat 11:00-da başlanacaq.

Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni növbəti həftədən TQDK-nın internet saytına daxil olaraq çap edə biləcəklər

İyunun 26-da keçirilən imtahanda iştirak edəcəyi nəzərdə tutulan abituriyentlərdən 1156 nəfəri qız, 1382 nəfəri isə oğlandır.

İmtahan 45 dəqiqə ərzində aparılır və abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Abituriyentlər imtahanın nəticələrini TQDK-nın internet saytından (www.tqdk.gov.az) öyrənə biləcəklər.
“Azərbaycan dili” fənnindən test imtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndiriləcək. İmtahanın nəticəsinə görə “məqbul” alan abituriyentlər qəbul imtahan¬larına buraxılacaqlar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar