Prokurorluğa qəbul ikinci mərhələsinin vaxtı müəyyənləşib
07 Yanvar 2010 Cümə Axşamı 19:20
Prokurorluğa qəbul ikinci mərhələsinin vaxtı müəyyənləşib. İmtahan yanvar ayında keçiriləcək.
Azərbaycan Respublikası Prokurorluğuna işə qəbulla əlaqədar keçirilən imtahanların ikinci mərhələsinin vaxtı müəyyənləşib. Baş Prokurorluqdan ANS PRESS-ə verilən məlumata görə, pokurorluğa işə qəbul olunmaq üçün namizədlər yazılı imtahanı yanvar ayının 26-da verə biləcəklər.

Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 80 ştat vahidi üzrə müsabiqənin birinci mərhələsində 545 namizəd üçün test imtahanı keçirilmiş və 285 namizəd müsabiqənin ikinci mərhələsi olan yazılı imtahanda iştirak etmək hüququnu qazanıb.

Yazılı imtahan bu il yanvar ayının 26-da Azərbaycan Texniki Universitetinin “İdman Sarayı”nda keçiriləcək.

Namizədlər yalnız “Yazılı imtahana buraxılış vərəqəsi”ni və şəxsiyyət vəsiqəsini təqdim etməklə imtahanda iştirak edə bilərlər.

İmtahana buraxılmış namizədlər “Yaddaş kitabçası”nı və “Yazılı imtahana buraxılış vərəqəsi”ni 21-22 yanvar tarixlərdə Baş Prokurorluğun inzibati binasından ala bilərlər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar