Osmanlı Sənədlərində Qarabağ adlı kitab çap olunub
19 Noyabr 2009 Cümə Axşamı 19:05
“Osmanlı Sənədlərində Qarabağ” adlı kitab iki bölmədən ibarətdir
Türkiyə KİV-nin verdiyi məlumata görə, Baş nazirliyin Dövlət Arxivləri Mərkəzi İdarəsinin nəşr etdiyi 660 səhifəlik “Osmanlı Sənədlərində Qarabağ” kitabında Osmanlı arxivlərində aparılmış araşdırmalar nəticəsində aşkar olunmuş sənədlər əsasında Gəncə Bəylərbəyiliyinin tərkibində idarə olunan Qarabağ haqqında 119 başlıq altında məlumat verilir. Kitab “Siyasi, Hərbi və Diplomatik Münasibətlər” və “Mühacirət” adlı iki bölmədən ibarətdir.

Birinci bölmədə bölgənin əhali nisbətinin ermənilərin lehinə dəyişdirilməsi səyləri və onların həyata keçirdikləri dağıdıcı fəaliyyətlər göstərilib. Mühacirət bölməsində isə ermənilər tərəfindən qətl və qarətlərə məruz qalmış Qarabağda yaşayan müsəlman türklərin Anadoluya mühacirət etdikləri bildirilir.

Kitaba ön söz yazan Dövlət Arxivləri Mərkəzi İdarəsinin müdiri Yusif Sarınay Ermənistanın işğalı altında olan Qarabağın Kür və Araz çayları, Göyçə gölü arasında dağlıq ərazi və ovalıqlardan ibarət Azərbaycan Respublikası ərazisinə aid strateji bölgə olduğunu bildirib.
 
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar