Orta məktəblərdə fizika və kimya fənnlərinin tədrisi 1 il tezləşdiriləcək
14 Yanvar 2013 Bazar Ertəsi 15:45
Bu yenilik 2013-2014-ci tədris ilindən tətbiq ediləcək
Orta məktəblərdə Fizika və Kimya fənnlərinin tədrisinə başlama vaxtı 1 il tezləşdiriləcək. Hazırda orta məktəblərdə Fizika 7-ci, Kimya 8-ci sinifdən tədris edilir.

Tədrisdə aparılan islahatlar və kurikulumun tətbiqi ilə əlaqədar 2013-2014-ci tədris ilindən orta məktəblərdə Fizika 6-cı, 2014-2015-ci tədris illərində isə Kimya fənni 7-ci sinifdən tədris ediləcək.

Kurikulum Mərkəzindən bildirilib ki, Kimya və Fizikanı ilkin başlanğıc təfərrüatı əlavə olunmaqla 1 sinif əvvəldən həftədə 1 dəfə olmaqla keçirilməsi nəzərdə tutulub. Yeniliyin tətbiqi tədris yükünün azalmasına səbəb olacaq.



DOSTLARINLA PAYLAŞ:

oyunlar