Niderland Krallığında təhsil
08 Aprel 2009 Çərşənbə 19:43
Niderland Krallığında təhsil almaq istəyənlər sənədlərini Təhsil Nazirliyinə təqdim edə bilər.

"Xarici ölkələrdə təhsil alacaq gənclərin seçim qaydaları"na uyğun olaraq Niderland Krallığı, Maastrixt İdarəçilik Məktəbinin Menecment və MBA ixtisaslarının magistratura pilləsində təhsil almaq məqsədilə Təhsil Nazirliyi müsabiqə elan edir. Nazirlikdən verilən məlumata görə, magistratura pilləsində təhsil almaq üçün müsabiqədə ölkənin ali məktəblərinin magistratura pilləsinə qəbul aparılan test imtahanları çərçivəsində ən azı 80 bal toplayanlar iştirak edə bilər. Müsabiqədə iştirak etmək istəyənlər 14 adda sənəd təqdim etməlidir. Qeyd edək ki, sənədlər hər gün saat 10.00-dan 18.00-dək Təhsil Nazirliyində qəbul edilir. Sənədlərin qəbulu aprelin 25-nə kimi davam edəcək. ("OLAYLAR"İA)



DOSTLARINLA PAYLAŞ:

oyunlar