Müsabiqənin nəticələri elan olundu
04 Sentyabr 2014 Cümə Axşamı 12:28
TQDK 11 illik orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələrini elan edib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələrini elan edib.

TQDK-dan ANS PRESS-ə verilən məlumata görə, ixtisas seçiminin nəticələri ilə TQDK-nın internet saytında yerləşdiirlib. Bundan əlavə iş nömrənizi 7727 nömrəsinə göndərməklə nəticələrlə tanış ola bilərsiniz.

Qeyd edək ki, tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə avqustun 30-dan elan olunmuş ixtisas seçimi sentyabrın 3-ü saat 23:59-da başa çatıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar