Misir Mərdanov:"Bu sessiyada şikayətlərin sayı azalıb"
03 Fevral 2010 Çərşənbə 15:40
Təhsil naziri Misir Mərdanov bu istiqamətlə işlərin hələ də davam etdiyini deyib.
“Bu il ali məktəblərin qış imtahanları zamanı şikayətlərin sayı azalıb”. Bunu təhsil naziri Misir Mərdanov qış imtahan sessiyasına münasibət bildirərkən deyib. Nazir bu sessiyada keçirilən imtahanların əvvəlkilərdən fərqləndiyini bildirib. M. Mərdanov bunu yaxşı hal adlandırsa da, hələ istənilən səviyyəyə çatmadıqlarını vurğulayıb. Onun sözlərinə görə, bu istiqamətdə hələ işlərin görülməsi davam edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar