Məleykə Abbaszadə: “Heç kim bizə təklif etməyib ki, açıqlanan test suallarının müzakirəsini keçirək
05 May 2011 Cümə Axşamı 14:12
Məleykə Abbaszadə:“Biz artıq yanvar ayından bütün imtahanların suallarını ictimaiyyətin müzakirəsinə çıxarmışıq”.
Bunu APA-ya açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə təhsil naziri Misir Mərdanovun test suallarının ictimaiyyətin müzakirəsinə çıxarılması təklifinə münasibət bildirərkən deyib. TQDK sədri deyib ki, “Abituriyent” jurnalının 1-ci sayında bütün model testlər öz əksini tapıb: “ Həmin testlər əsasında sınaq imtahanları da keçiririk. Sınaq imtahanlarının sualları da ictimaiyyətin müzakirəsinə verilir. Heç kim bizə təklif etməyib ki, açıqlanan suallarla bağlı müzakirə keçirək. Belə müzakirələr aparmaq istəyirlərsə, biz hazırıq”. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar