Məktəblilərin rəsm sərgisi keçiriləcək
07 Aprel 2009 Çərşənbə Axşamı 13:15
Sərgidə 11 məktəblinin müxtəlif mövzuları əhatə edən 72 rəsm əsəri nümayiş olunacaq

Aprelin 8-də "Abşeron" sərgi salonunda "Uşaq ili" çərçivəsində 6-14 yaşlı məktəblilər arasında "Bizim uşaq dünyamız" rəsm sərgisi keçiriləcək. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətinin məlumatına görə, sərgidə 11 məktəblinin müxtəlif mövzuları əhatə edən 72 rəsm əsəri nümayiş olunacaq./ANSPRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar