Magistratura imtahanından ixtisas sualları çıxarılacaq
04 Mart 2009 Çərşənbə 15:35
Bu barədə TQDK sədri Məleykə Abbaszadə ANS-ə açıqlama verib

Ali təhsil haqqında diplom tələbənin ixtisas biliyinin göstəricisi sayıldığından gələcəkdə ali məktəblərin magistratura pilləsinə qəbul imtahanlarından ixtisas suallarının çıxarılması nəzərdə tutulur. Bu barədə məlumatı ANS-ə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə verib. Amma o, hələlik universititetlərin buna hazır olmadığını bildirib. Belə ki, indiki halda ali məktəblər tələbənin öz ixtisasına yaxşı yiyələnməsi üçün bunu əlverişli stimul sayırlar. «İstəyərdik ki, doğurdan da diplomdakı qiymətlər tələbələrin ixtisas üzrə biliyini əks etdirsin. Biz də onların imtahanda məntiqi təfəkkürünü, informatika və xarici dil biliklərini yoxlayaq. Amma ali məktəblər özləri xahiş edirlər ki, biz mütləq test imtahanlarına ixtisas sualları salaq. Bu, onların tələbidir». /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar