«Magistr» jurnalının üçüncü sayı nəşr olunub
14 Aprel 2009 Çərşənbə Axşamı 14:20
Bu barədə TQDK sədri Məleykə Abbaszadə məlumat verib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən «Magistr» jurnalının üçüncü sayı nəşr olunub. ANSPRESS-in məlumatına görə, bu barədə bu gün keçirilən mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə məlumat verib. Nəşrdə - 2009/2010-cu tədris ili üçün respublikanın ali məktəblərinin magistratura pilləsinə tələbə qəbulu elanı, 2009/2010-cu tədris ili üçün Türkiyənin ali məktəblərinin magistratura pilləsinə Azərbaycan Respublikasının vətəndaşları üçün tələbə qəbulu elanı əksini tapıb. Həmçinin, jurnalda magistraturaya ərizə verən bakalavr üçün təlimat, «Bakalavrın elektron ərizəsi»nin doldurulma qaydası və «Elektron ərizə»nin nümunəsi dərc olunub. Jurnalda informatika, məntiqi təfəkkür və xarici dili bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri də yer alıb.

Röya Rəfiyeva /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar