Kembric universiteti biznesə girişir
06 Yanvar 2010 Çərşənbə 19:35
Kembric universiteti biznesə girişir. Ali məktəb fond birjasına istiqraz vərəqələri çıxaracaq.
İngiltərənin ən qədim və nəhəng universitetlərindən biri - Kembric 800 illik tarixində ilk dəfə olaraq fond birjasına çıxmaq qərarına gəlib. Universitetin belə qərar verməsinə səbəb dövlətdən maliyyə asılılığını azaltmaq olub.

"Times" qəzetinin yazdığına görə, son illər ali məktəblərə dövlət büdcəsi tərəfindən ayrılan vəsaitin məbləği 500 milyon funt və ya 806 milyon dollar azalıb.

Kembric ilk mərhələdə istiqraz vərəqələrinin satışından ən azı 400 milyon funt və ya 645 milyon dollar əldə etməyi planlaşdırır. Universitet əldə edəcəyi məbləğ hesabına tikinti sahəsində iki iri lahiyəni həyata keçirmək niyyətindədir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar