İnternat məktəblərinin strukturu dəyişdirilə bilər
25 May 2009 Bazar Ertəsi 14:55
Yeni təklif Nazirlər Kabinetində qəbul edilərsə, ailə tipli, kiçik həcmli uşaq evləri yaradılacaq

 

Ölkə ərazisində mövcud olan internat məktəblərinin strukturunun dəyişdirilərək ailə tipli, kiçik həcmli uşaq evlərinin yaradılması barədə lahiyə hazırlanıb. Bu barədə "ANS PRESS"ə Uşaq Hüquqları Üzrə Azərbaycan QHT Alyansının rəhbəri Nabil Seyidov məlumat verib: "Yaradılacaq kiçik həcmli uşaq evlərində təqribən 7-10 uşağın müvəqqəti yaşaması nəzərdə tutulub. Uşaqlar təhsil almaq üçün adi qaydada ümumtəhsil məktəblərinə gedəcəklər. Uşaqlar yeni yaradılacaq evlərdə onlara alternativ ailə, qəyyumluq, himayədarlıq tapılana qədər qalacaqlar. Bununla bağlı Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, YUNİSEF beynəlxalq təşkilatı və Ailə, Qadın və Uşaq problemləri üzrə dövlət komitəsi tərəfindən birgə hazırlanmış layihə təsdiqlənmək üçün Nazirlər Kabinetinə təqdim olunub".
N.Seyidovun sözlərinə görə, layihə təsdiqlənərsə, onun icrasına  paytaxtdan başlayacaqlar. Bu müsbət effekt verərsə, o zaman regionlarda da ailə tipli uşaq evləri yaradılacaq.

Esmira Cavadova /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar