İngilis dili müəllimləri xüsusi təhsil alacaq
12 Yanvar 2010 Çərşənbə Axşamı 19:20
İngilis dili müəllimləri xüsusi təhsil alacaq. "British Council" regionlarda da kurslar təşkil edəcək.
Bu gün Bakıda ingilis dili müəllimləri üçün İngilis Dilinin Onlayn Tədrisi ixtisasartırma layihəsinin açılışı olub.
Layihə "British Council”un təşəbbüsü ilə həyata keçirilir. Tədrisə prosesinə ilk olaraq Z.Əliyeva adına məktəbin ingilis dili müəllimlərindən başlanılıb.

Yanvarın 15-dən başlayaraq, Bakı, Zaqatala, Gəncə, İsmayıllı, Sumqayıt məktəblərinin müəllimləri üçün kurslar təşkil olunacaq. Kurslar başa çatdıqdan sonra müəllimlərə sertifikatlar veriləcək.

Tədbirdə iştirak edən təhsil naziri Misir Mərdanov qeyd edib ki, Azərbayanda artıq 7 orta məktəbdə ingilis dili gücləndirilmiş rejimdə tədris olunur.

Layihə 5 saatlıq innovativ kurslar, online tapşırıqlar, eləcə də layihə iştirakçıları arasında müxtəlif mövzularda müzakirələrdən ibarətdir.

Bütün video və audio materiallar 5-12 yaşlı məktəblilərə tədris olunmaq üçün nəzərdə tutulub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar