II ixtisas qrupu üzrə keçirilən qəbul imtahanı başa çatıb
03 Avqust 2012 Cümə 14:38
Sabahdan etibarən cavab kartlarının emalına başlanacaq.
Azərbaycanda 2012/2013-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə II ixtisas qrupu üzrə keçirilən qəbul imtahanı başa çatıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, sabahdan etibarən cavab kartlarının emalına başlanacaq. Hazırda müstəqil ekspertlər tərəfindən II ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılır. Saat 19.00-da isə “Space” telekanalında canlı yayımlananan “Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları açıqlanacaq.

İmtahanda istifadə olunan sualların düzgün cavabları eyni zamanda TQDK-nın saytında da yerləşdiriləcək. II ixtisas qrupu üzrə imtahan verən abiturieyntlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatları həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə biləcəklər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar