Hakimliyə namizədlərin imtahan nəticələri açıqlandı
22 İyul 2010 Cümə Axşamı 19:20
Bütün namizədlər yazılı imtahanı uğurla başa vurub.
Hakimliyə namizədlər üçün keçirilən imtahanların nəticələri açıqlanıb. Test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçərək 2009/2010-cu tədris ili ərzində davam edən tədris kursunu, o cümlədən məhkəmələrdə stajkeçməni uğurla başa vurmuş 80 nəfər hakimliyə namizədlə 10.07.2010-cu il tarixdə şəffaf prosedurlar əsasında yazılı imtahan keçirilib.

İmtahan zamanı namizədlər verilmiş hüquqi kazusları həll etməklə, müvafiq məhkəmə qərarlarının layihələrini tərtib etmək bacarıqlarını nümayiş etdiriblər.

İmtahan nəticələri Hakimlərin Seçki Komitəsi tərəfindən yoxlanılıb. Məhkəmə Hüquq Şurasının Hakimlərin Seçki Komitəsinin yaydığı məlumata görə, bütün namizədlər tədrisin yekunları üzrə şifahi imtahana buraxılıblar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar