Gənc alimlər Avropada doktorantura təhsili alacaq
09 Fevral 2010 Çərşənbə Axşamı 22:35
Bu məqsədlə Prezidentin Ehtiyat Fondundan 500 min manat ayrılıb
Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsili dövlət tərəfindən maliyyələşdiriləcək. Prezident İlham Əliyev elmi tədqiqatların müasir standartlar səviyyəsində aparılmasını, ölkənin elmi kadr potensialının artırılmasını və Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmin olunmasını daha da sürətləndirmək məqsədi müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Prezidentin Ehtiyat Fondundan Azərbaycan Milli Elmlər Akademiyasına gənc alimlərin Avropanın elmi mərkəzlərinin doktoranturalarında təhsil almaları üçün 500 min (beş yüz min) manat məbləğində vəsait ayrılıb.

Maliyyə Nazirliyinə isə nəzərdə tutulmuş vəsaitin müəyyən olunmuş qaydada ayrılmasını təmin etmək həvalə olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar