Fransada təhsil almaq istəyirsinizmi?
08 Aprel 2009 Çərşənbə 19:39
Təhsil Nazirliyi Fransada təhsil almaq istəyənlər üçün müsabiqə elan edib.
        Təhsil Nazirliyi "xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim qaydaları"na uyğun olaraq Fransanın ali məktəblərində təhsil almaq istəyənlər üçün müsabiqə elan edib. Qeyd edək ki, bakalavr pilləsində təhsil almaq üçün müsabiqədə Azərbaycanın ali məktəblərinin bakalavr pilləsində təhsil alan və 18 yaşı olan bakalavr pilləsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki sahələr üzrə 550, digər sahələr üzrə isə azı 600 bal toplayan tələbələr iştirak edə bilər. Magistratura pilləsində təhsil almaq üçün müsabiqədə Azərbaycanın ali məktəblərinin magistratura pilləsinə qəbul üzrə aparılan test imtahanları çərçivəsində texniki sahələr üzrə ən azı 70, digər sahələr üzrə isə ən azı 80 bal toplayanlar, həmçinin prioritet ixtisaslar üzrə xarici ali təhsil müəssisələrinə özləri daxil olan ölkə vətəndaşları iştirak edə bilər. Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyənlər 10 adda sənəd təqdim etməlidir. Tibb ixtisası üzrə bakalavr təhsili üçün ən azı cari tədris ilində Vl kursda təhsil alanlar müraciət edə bilər. ("OLAYLAR"İA)


DOSTLARINLA PAYLAŞ:

oyunlar