Dini tehsil almaq isteyenler üçün yeni qayda
01 İyul 2013 Bazar Ertəsi 14:08
Qafqaz Müselmanları İdaresi dini tehsil almaq isteyenler üçün yeni melumat yayıb.
Bakı İslam Universitetinə qəbul olmaq istəyənlər psixoloji komissiyadan keçəcəklər. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, "2013/2014-cü tədris ili üçün Bakı İslam Universitetinə qəbul olmaq istəyən abituriyentlər universitetdə fəaliyyətə başlayan Dini-Psixoloji Komissiyadan keçməlidirlər".

Komissiya 1-6 iyul 2013-cü il tarixlərində fəaliyyət göstərəcək.

(Əlaqə telefonları: +9940124928223; +994502258551)


DOSTLARINLA PAYLAŞ:

oyunlar