Buraxlış imtahanı nəticələri açıqlandı
21 İyun 2010 Bazar Ertəsi 17:40
XI sinif şagirdlərinin nəticələri Təhsil Nazirliyinin saytında yerləşdirilib.
Orta təhsil səviyyəsi üzrə (XI sinif) buraxılış imtahanlarının nəticələri yekunlaşdırılıb. İmtahan aparılan fənlər üzrə şagirdlərin attestatına yazılacaq yekun qiymətləri barədə məlumatlar Təhsil Nazirliyinin internet saytının (www.edu.gov.az) imtahan bölməsində yerləşdirilib. Şagirdlər attestat qiymətləri ilə yanaşı, alacaqları attestatların seriya və nömrələrini görə biləcəklər.

Əsas təhsil səviyyəsi üzrə (IX sinif) buraxılış imtahanlarının nəticələrinə görə imtahan fənləri üzrə şagirdlərin şəhadətnaməsinə yazılacaq qiymətlər haqqında məlumatlar 23 iyunda Təhsil Nazirliyinin internet saytında (www.edu.gov.az) yerləşdiriləcək.

İimtahanın nəticələri ilə bağlı ərizə və şikayətlər şagirdin təhsil aldığı şəhər və rayon təhsil şöbələrində qəbul ediləcək. O cümlədən, Bakı şəhərində təhsil almış şagirdlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə şəhərində təhsil almış şagirdlər Gəncə Şəhər Təhsil İdarəsinə, Abşeron rayonunda təhsil almış şagirdlər Abşeron rayon Təhsil Şöbəsinə və s. müraciət edəcəklər. Yerlərdə imtahanla bağlı ərizə və şikayətlərin qəbulu 26 iyun 2010-cu il tarixədək davam edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar