Bakıdan kənar ali təhsil müəssisələrində qəbul balları dəyişə bilər
28 Dekabr 2010 Çərşənbə Axşamı 12:15
Bu təkliflə Təhsil Nazirliyi çıxış edib
Azərbaycan Təhsil Nazirliyi paytaxtdan kənar ali təhsil müəssisələrinə qəbul ballarının Bakıdakı ali məktəblərlə müqayisədə aşağı salınması təklifi ilə çıxış edib. Bu barədə jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov bildirib: “Məsələn, Mingəçevirdə də, Bakıda da texniki universitet var. Mingəçevirdəki Texniki Universitetdə qəbul üçün balların aşağı salınması lazımdır. Amma bu təklifin qəbul edilib-edilməyəcəyi barədə hələ ki, nə isə deyə bilmərəm”.

M. Mərdanov ali məktəblərin ödənişli ixtisaslarına qəbul olunan məcburi köçkün tələbələrin ödənişdən azad olunduqlarını xatırladaraq “biz istəyirik ki, bunun üçün büdcədə kompensasiya nəzərdə tutulsun” deyib.

Nazir, həmçinin 2011-ci ildə tələbə yataqxanalarında məskunlaşan məcburi köçkünlərin köçürüləcəyini, bu işə ilk olaraq Bakı Dövlət Universitetinin yataqxanalarından başlanacağını deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar