Bakıda tələbə və məzunlar üçün iş imkanı
20 May 2010 Cümə Axşamı 12:20
Bakıda tələbə və məzunlar üçün iş imkanı. Sabah İqtisad Universitetində məzun yarmarkası olacaq.
Sabah Azərbaycan Dövlət İqtisad Universitetində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Məzun – 2010” V Respublika yarmarkası keçiriləcək. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, yarmarkada 70-dən yuxarı şirkət və təşkilatlar vakansiyalarla iştirak edəcək.
Yarmarkanın keçirilməsində məqsəd ali təhsil müəssisələrində təhsil alan, eləcə də məzun olmuş gənclərin məşğulluq probleminin həllinə köməkliyin göstərilməsidir.

Qeyd edək ki, "Məzun yarmarkası" artıq 5 ildir ki, İqtisad Universitetində keçirilir. Məzun yarmarkalarında dövlət qurumları, holdinq, bank, sığorta şirkətləri, istehsal müəssisələri, informasiya texnologiyaları və xidmət müəssisələri öz nümayəndələri vasitəsilə təmsil olunmaqla, potensial kadr ehtiyaclarının təmin edilməsini həyata keçirir.

Yarmarka Universitetin 1 saylı tədris korpusunda olacaq. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar